Təqvim
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Sumqayıt Dövlət Dram Teatrında PREMYERA - "Oğru" tamaşası olacaq (FOTOLAR)

Sumqayıt Dövlət Dram Teatrı premyeraya hazırlaşır. Sumqayıt tamaşaçısına və şəhərimizin qonaqlarına fransız yazıçısı Marsel Berkye-Marinyenin "Oğru" əsəri əsasında rejissor Rövşən Almuradlının eyniadlı tamaşası təqdim ediləcək. Tamaşa komediya janrındadır. Səhnə əsərinin süjetində bütün tarix boyu mütəfəkkirlər tərəfindən cavabı axtarılan əsl məhəbbətin qiyməti ön plana çəkilir, gərgin yaşanan dramatik hadisələrin fonunda sevgi və pul dilemması müzakirəyə qoyulur. Tamaşada əməkdar artist İzaməddin Bağırov, aktyorlardan Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Füzuli Qərənizadə, Vəfa Qurbanova, İlahə Səfərova rol alıblar.
Qeyd edək ki, çağdaş Azərbaycan teatrı və kinosunun görkəmli rejissorlarından biri olan Rövşən Almuradlı beş illik fasilədən sonra, yenidən teatr səhnəsinə qayıtmaqla bir ilkə imza atır. Bundan öncə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ünlü rejissorun quruluşunda alman drammaturqu Fridrix Dürremantın "Yaşlı xanımın gəlişi” tamaşası teatrsevərlərin ciddi marağına səbəb olmuşdu.
Xatırladaq ki, "Oğru" tamaşasının premyerası dekabrın 20-si saat 18:00-da Sumqayıt Dövlət Dram Teatrında keçiriləcək.
Tamaşanın məşq prosesindən fotoları təqdim edirik:



Sumqayıt Dövlət Dram Teatrında PREMYERA - "Oğru" tamaşası olacaq (FOTOLAR)
Sumqayıt Dövlət Dram Teatrında PREMYERA - "Oğru" tamaşası olacaq (FOTOLAR)
Sumqayıt Dövlət Dram Teatrında PREMYERA - "Oğru" tamaşası olacaq (FOTOLAR)
Sumqayıt Dövlət Dram Teatrında PREMYERA - "Oğru" tamaşası olacaq (FOTOLAR)
Sumqayıt Dövlət Dram Teatrında PREMYERA - "Oğru" tamaşası olacaq (FOTOLAR)
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz