Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa
Tarix:   5-03-2020, 17:20   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrında bu həftəsonu  yeni tamaşanın premyerası baş tutacaq...

Ölkə başçımız yola saldığımız 2019-cu ildə böyük demokrat, yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin 150 illiyinin keçirilməsi barədə müvafiq Sərəncam imzalamışdır. Sözügedən Sərəncama uyğun olaraq ölkəmizin bütün dövlət teatrlarında və mədəniyyət müəssisələrində görkəmli ədibin əsərlərinə müraciət edilmiş və ədibin preslərinə yeni quruluşlar verilmişdir.
Sumqayıt Dövlət Dram Teatrı da öz növbəsində ədibin yubileyinə töhvə olaraq ötən ay Mirzə Cəlil yaradıcılığına müraciət edərək görkəmli dramaturqun “Danabaş kəndinin əhvalatları” povesti əsasında eyniadlı iki hissəli tamaşa hazırlamışdır. Yeni səhnə əsəri mart ayının ilk həftəsonu teatrsevərlərin ixtiyarına veriləcəkdir.
Şərhlər:   0   |   Baxış:   101