Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa
Tarix:   4-02-2020, 10:57   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrında 4 yeni tamaşa hazırlanır.

Sumqayıt Dövlət Dram Teatrında paralel olaraq 4 yeni əsər üzərində yaradıcılıq işləri aparılır. Teatrın direktoru Əməkdar artist Mübariz Həmidovun təşəbbüsü ilə bu seçimlərdə ilk növbədə klassik dünya və Azərbaycan dramaturgiyası incilərinin təbliği, şəhərin əsas kontingentinin arzu və istəkləri, uşaq və yeniyetmələrin bədii-estetik zövqünün formalaşması, truppanın yaradıcılıq imkanları kimi nüanslar nəzərə alınır. Azərbaycan xalq nağılları içərisində ən çox məhşur olan, zəkanı və zəhməti, ədaləti, insanpərvərliyi təlqin edən “Göycək Fatma”nın səhnə versiyası Bakıdan dəvət olunmuş gənc və istedadlı rejissor Gülnar Hacıyeva tərəfindən hazırlanır. Tamaşa xalq yaddaşını müasir dövrün texnoloji üsulda, çağdaş teatr komponentləri ilə çatdıra biləcək.
Şərhlər:   0   |   Baxış:   30