Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa
Tarix:   31-01-2020, 16:25   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram teatrında Gənclər Günü qeyd ediləcək...

Ulu Öndər dünya şöhrətli siyasətçi Heydər Əliyev II dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkədə hüquqi dövlət quruculuğu ilə bərabər gənclərin də sağlam düşüncəli formalaşması, düzgün istiqamətləndirilməsi və cəmiyyətə, dövlətə layiqli xidmət etmələri üçün zəruri tədbirləri həyata keçirdi. 1994-cü ildə Azərbaycanda ilk dəfə yeni qurum- Gənclər və İdman Nazirliyi yaradıldı. Gənclərin I ümumrespublika formu gerçəkləşdi. Ümumilli lider hər zaman gənc kadrlara önəm vermişdir. Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyev də bu ideyanı uğurla davam etdirməkdədir. Dövlətin gənclər siyasəti özündə bu kontingentin mənəvi-psixoloji, fiziki sağlamlığını, bütün sahələrdə uğura imza atma şansını ehtiva edir. 2007-ci il Azərbaycanda Gənclər ili elan edildi. Heç şübhəsiz gənclərə dövlət qayğısı yeni təfəkkürlü, müasir gənclərin öz potensialını realizə etmələrinə rəvac verir.
Şərhlər:   0   |   Baxış:   157
Tarix:   24-01-2020, 15:40   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrında Xalq artistinin 80 illiyi qeyd olundu

Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi hər zaman burda çalışmış və hazırda fəaliyyət göstərən insanlara xüsusi qayğı və diqqətlə yanaşmışdır. Zamanında Azərbaycan teatrına töhvə vermiş sənət adamları premyeralara dəvət olunur, onların doğum günləri, yubileyləri diqqətdən kənar qalmır.
Bugün Sumqayıt Dövlət Dram Teatrının səhnəsində yetərincə maraqlı, xarakterik obrazlar yaratmış Svetlana Həkimovanın 80 illik yubileyi qeyd olundu. Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov sənətkarı təbrik etdi, dövlətin mədəniyyətə qayğısını vurğuladı. O cümlədən Sumqayıtın sosial- mədəni inkişafından söz açdı və bu inıişaf palitrasında teatrın da öz çalarlarının olduğundan qürur duyduğunu söylədi. Direktor müavinləri Əməkdar artist Vidadi Məmmədov, Maya Məmmədova,
Şərhlər:   0   |   Baxış:   33
Tarix:   19-01-2020, 12:04   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrında 20 Yanvar faciəsinə həsr olunmuş "Vicdanın hökmü"  tamaşası nümayiş olundu.

Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi teatr-tamaşaçı münasibətlərinin yeni mərhələsini formalaşdırmaq və tamaşaçıları sənət ocağına cəlb etmək üçün kreativ layihələr gerçəkləşdirir. Eyni zamanda xüsusi təqvim günlərində tematik tamaşaları təqdim edir.
20 Yanvar faciəsinin ildönümü ərəfəsində teatr N saylı hərbi hissənin əsgərlərinə vətənpərvərlik mövzusunda tamaşa göstərildi. Tamaşa öncəsi teatrın direktoru Əməkdar artist Mübariz Həmidov xalqın mücadilə tarixində önəmli rol oynamış 20 yanvarın siyasi, sosial-fəlsəfi əhəmiyyətindən danışdı, teatrın repertuarında tarixi əsərlərə bundan sonra da geniş yer veriləcəyini söylədi.
Şərhlər:   0   |   Baxış:   41
Tarix:   19-01-2020, 11:45   |   Bölmə:   Xəbərlər
20 Yanvar  Şəhidləri anıldı

İyirmi yanvar tariximizin həm kədərli məqamıdır, həm də qürur yerimizdir.Xalqımızın qan yaddaşına qəhrəmanlıq günü kimi əbədi həkk olunan Yanvar faciəsinin 30-cu ildönümü öıkənin hər yerində olduğu kimi Sumqayıtda da kütləvi qeyd olundu. Böyük izdihamla müşaiyyət olunan anım mərasimində Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi və işçi heyəti yer aldı. Hər zaman repertuarında vətənpərlik mövzusuna, maarifləndirici eyni zmanda tarixi əsərlərə xüsusi yer verən Sumqayıt Dövlət Dram teatrının kollektivi Şəhidlər xiyabanını ziyarət etdi Teatrın drektor əməkdar artist Mübariz Həmidov və yaradıcı heyət xiyabanda şəhid məzarlarına gül dəstələri qoydular. Yaradıcı həyət bir daha o günlərə tarixi ekzkurs etdi.
Şərhlər:   0   |   Baxış:   31
Tarix:   10-01-2020, 16:38   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrı  2020-ci ilin ilk həftəsonu tamaşaların təqdim edir

2019-cu ili maraqlı və zəngin repertuarla başa vuran Sumqayıt Dövlət Dram Teatrı Yeni- 2020-ci ildə də bir sıra maarifləndirici layihələr gerçəkləşdirəcəkdir. Eyni zamanda ötən ildə teatrın direktoru Əməkdar artist Mübariz Həmidovun ideya müəllifi olduğu, tamaşaçıların teatra cəlb edilməsi üçün həftəsonu tamaşalarının mütəmadi nümayişi bu il də davam etdiriləcəkdir.

Şərhlər:   0   |   Baxış:   61