Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa
Tarix:   24-09-2019, 15:30   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrı 51-ci teatr mövsümünü “Solğun çiçəklər” ilə açdı...

Sumqayıt Dövlət Dram Teatrında 21.09.2019-cu il tarixində 51-ci mövsümün açılışı reallaşdı. Teatrın yaradıcı heyəti yeni mövsümdə tamaşaçıların görüşünə Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri ilə gəldi. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə C.Cabbarlının 120 illiyi bu il ölkədə xüsusi qeyd olunur. Məhz buna görə də teatr Mədəniyyət nazirinin sifarişi ilə ölməz dramaturqa müraciət etmişdir. Televiziya və kino sahəsində uğurlu filmlərin rejissoru olmuş Elşən Zeynallı “Solğun çiçəklər”ə müasir yozumda təhlil vermişdir. Nəticədə uzun illər müxtəlif teatrların repertuarında yer almış məşhur pyes Sumqayıt teatrında özünün tam fərqli, yeni səhnə taleyini yaşadı.


Şərhlər:   0   |   Baxış:   60