Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa
Tarix:   4-09-2019, 01:32   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrı 51-ci teatr mövsümünə start verdi

50-ci teatr mövsümünü müvəffəqiyyətlə başa vuran Sumqayıt Dövlət Dram Teatrında 51-ci mövsümün ilk toplantısı keçirildi. Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov hər kəsi salamladı, cari mövsümün kollektiv üçün məhsuldar il olmasını arzuladı. Direktor ötən il hazırlanan müxtəlif janrlı tamaşalardan, həyata keçirilən yeni layihələrdən, hər birinin uğurla nəticələnməsindən və bu proqresin davamlılığından danışdı. Prezident İlham Əliyevin böyük dramaturq-yazıçı C.Cabbarlının yubileyi ilə əlaqədar verdiyi sərəncama əsasən sənət ocağında “Solğun çiçəklər” faciəsinin hazırlanaraq 51-ci mövsümün açılışında nümayiş etdirilməsinin nəzərdə tutulduğunu deyən Mübariz Həmidov eyni zamanda teatrımızın, incəsənətimizin dünya miqyasında tanıdılması üçün kollektivimizin öhdəsinə düşən məsuliyyəti vurğuladı.
Şərhlər:   0   |   Baxış:   105