Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa
Tarix:   24-09-2019, 15:30   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrı 51-ci teatr mövsümünü “Solğun çiçəklər” ilə açdı...

Sumqayıt Dövlət Dram Teatrında 21.09.2019-cu il tarixində 51-ci mövsümün açılışı reallaşdı. Teatrın yaradıcı heyəti yeni mövsümdə tamaşaçıların görüşünə Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri ilə gəldi. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə C.Cabbarlının 120 illiyi bu il ölkədə xüsusi qeyd olunur. Məhz buna görə də teatr Mədəniyyət nazirinin sifarişi ilə ölməz dramaturqa müraciət etmişdir. Televiziya və kino sahəsində uğurlu filmlərin rejissoru olmuş Elşən Zeynallı “Solğun çiçəklər”ə müasir yozumda təhlil vermişdir. Nəticədə uzun illər müxtəlif teatrların repertuarında yer almış məşhur pyes Sumqayıt teatrında özünün tam fərqli, yeni səhnə taleyini yaşadı.


Şərhlər:   0   |   Baxış:   60
Tarix:   11-09-2019, 15:32   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrı sentyabr ayının repertuarını təqdim edir.

Hörmətli Sumqayıtlılar və şəhərimizin qonaqları!
Sumqayıt Dövlət Dram Teatrı 51-ci teatr mövsümü sentyabr ayının repertuarını diqqətinizə təqdim edir.
21.09.2019 saat 18:00-da 51-ci teatr mövsümünün açılışı C.Cabbarlı “Solğun çiçəklər” (premyera)

Şərhlər:   0   |   Baxış:   261
Tarix:   4-09-2019, 01:32   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrı 51-ci teatr mövsümünə start verdi

50-ci teatr mövsümünü müvəffəqiyyətlə başa vuran Sumqayıt Dövlət Dram Teatrında 51-ci mövsümün ilk toplantısı keçirildi. Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov hər kəsi salamladı, cari mövsümün kollektiv üçün məhsuldar il olmasını arzuladı. Direktor ötən il hazırlanan müxtəlif janrlı tamaşalardan, həyata keçirilən yeni layihələrdən, hər birinin uğurla nəticələnməsindən və bu proqresin davamlılığından danışdı. Prezident İlham Əliyevin böyük dramaturq-yazıçı C.Cabbarlının yubileyi ilə əlaqədar verdiyi sərəncama əsasən sənət ocağında “Solğun çiçəklər” faciəsinin hazırlanaraq 51-ci mövsümün açılışında nümayiş etdirilməsinin nəzərdə tutulduğunu deyən Mübariz Həmidov eyni zamanda teatrımızın, incəsənətimizin dünya miqyasında tanıdılması üçün kollektivimizin öhdəsinə düşən məsuliyyəti vurğuladı.
Şərhlər:   0   |   Baxış:   184