Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa
Tarix:   4-07-2019, 15:35   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib.

Sumqayıt Dövlət Dram Teatrı premyeralarla, yeniliklərlə, layihələrlə, yubileylərlə zəngin bir mövsümü tamamlamaq üzrədir. Cari mövsümdə 50 illik yubileyini qeyd edən teatr kollektivi uğurlu layihələrlə tamaşaçılarda teatr sevgisini artırmağa nail oldu. Ümumilikdə mövsüm ərzində baş verən canlanmanı, kollektivin böyük şövqlə çalışmasını nəzərə alan teatrın direktoru Əməkdar artist Mübariz Həmidov yaradıcı heyəti sevindirəcək təklif irəli sürdü.
Sumqayıt Dövlət Dram Teatrı yaradıcı və texniki heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun artırılması, bədii dəyəri ilə fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, həmçinin mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların və texniki işçilərin mükafatlandırılması məqsədilə “Busmedia” reklam şirkəti ilə birgə “Rampa” milli teatr mükafatı təsis etmişdir.

Şərhlər:   0   |   Baxış:   184