Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa
Tarix:   18-06-2019, 20:27   |   Bölmə:   Xəbərlər
"Dəfn edilməmiş ölülər"  Sumqayıt Dövlət Dram Teatrında

Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi hər zaman istedadlı gənclərə dəstək olmağı özünün başlıca prinsipi sayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin diplomantı Ümid Abbasın kollektivimizdə ərsəyə gətirdiyi tamaşa buna bariz sübutdur. Əməkdar incəsənət xadimi, tanınmış rejissor Mehriban Ələkbərzadənin tələbəsi Ümid Abbas diplom işini Sumqayıt Dövlət Dram Teatrının aktyorları ilə hazırlayıb. Gənc rejissor dünya ədəbiyyatının nəhənglərindən olan Sartra müraciət edib. "Dəfn edilməmiş ölülər" psixoloji dramdır. Rolları əməkdar artist Cəlal Məmmədov, aktyorlar İlahə Səfərova, Şəmistan Süleymanlı, Kamran Muradlı, Elmir Mehdiyev və Aynur Hümmətova canlandırırlar.
Şərhlər:   0   |   Baxış:   281