Təqvim
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa
Tarix:   24-02-2019, 16:19   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrında Gənclərlə görüş

Sumqayıt Dövlət Dram Teatrı fevral ayında bir-birindən maraqlı, müxtəlif janrda səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlib. Şəhər sakinlərininmədəni istirahətini təmin edən teatrımız 22 fevralda Gənclər və İdman İdarəsi ilə birgə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramında göstərildiyi kimi gənclərin sağlamlığının qorunması, möhkəmləndirilməsi, sağlam həyat tərzinin təmin edilməsi, narkomaniya, alkoqolizm və digər neqativ halların azalması, aradan qaldırılmasına kömək məqsədli, maarifləndirici “Narkoman” tamaşasını gənc və yeniyetmələrdən təşkil olunmuş auditoriyaya təqdim etdi. Tamaşadan öncə çıxış edənlər - Sumqayıt Dövlət Dram Teatrının direktoru Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov, Sumqayıt şəhər Gənclər və İdman baş idarəsinin rəisi Elgün Hümbətov, Sumqayıt şəhər ağsaqqallar şurasının sədri Müzəffər Gülümov,

Şərhlər:   0   |   Baxış:   59
Tarix:   15-02-2019, 14:33   |   Bölmə:   Xəbərlər
"Danışan gəlincik"

Sumqayıt Dövlət Dram Teatrı 50-ci yubiley mövsümündə bir çox uğurlu layihələr gerçəkləşdirməklə bərabər fərqli janrda, yeni, maarifləndirici, müxtəlif kontingenti əhatə edən tamaşaların da repertuarına əlavə olunmasına eyni həssaslıqla yanaşır. Tamaşaların davamlı olaraq nümayişini təşkil etmək məqsədi ilə teatr rəhbərliyi aylıq repertuar planını təsdiqləyir, teatrda yaradılmış marketinq prinsipi ilə ictimai nəqliyyatda, sosial şəbəkələrdə, ASAN Xidmət Mərkəzində və müxtəlif ali təhsil ocaqlarında hər kəs tamaşalar barədə vaxtaşırı məlumatlandırılır.
Cari mövsümdə daha çox axşam tamaşaları ilə şəhər sakinlərinin görüşünə gələn SDDT nəhayət azyaşlı tamaşaçıların
Şərhlər:   0   |   Baxış:   105
Tarix:   15-02-2019, 11:28   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrının kollektivi son vaxtlar mütəmadi olaraq həftə arası, hər şənbə bazar yeni, müxtəlif janrlı tamaşalarla şəhərimizin sakinlərinin və qonaqların görüşünə gəlir.
Tamaşaların davamlı olaraq nümayişini təşkil etmək məqsədi ilə teatr rəhbərliyi aylıq repertuar planını təsdiqləmiş, teatrda yaradılmış marketinq prinsipi ilə ictimai nəqliyyatda, sosial şəbəkələrdə, ASAN Xidmət Mərkəzində və müxtəlif ali təhsil ocaqlarında tamaşalar barədə vaxtaşırı məlumatlandırılmaqdadır.
Artıq ikinci aydır ki, teatrda açıq kassa sistemi üzrə tamaşaçılar davamlı olaraq tamaşalara gəlməkdədir və şəhər sakinləri ilə bərabər bu sahədə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələrinin əməkdaşları tamaşaçı qismində daha aktivdirlər.
Yeni iş metodu, müasir düşüncə və kreoativ yanaşma tərzi öz bəhrəsini verməkdədir.
Hazırda teatrda tamaşaçı rəyini öyrənmək üçün mövsüm başlayandan rəy jurnalı da fəaliyyət göstərir.
"Tamaşalarımızı izləyən hər bir tamaşaçının fikri, təklifləri, iradları bizim üçün çox önəmlidir. Sumqayıt tamaşaçısı hər zaman elmə, təhsilə, mədəniyyətə xüsusi diqqət etməsi ilə fərqlənmişdir. Biz bunu tamaşalarımıza rəy bildirən tamaşaçıların fikrindən də aydın görürük" - deyə teatrın direktoru Əməkdar incəsənət xadimi Mübariz Həmidov bildirmişdir.
"Bizə yazırlar "- rubrikası adı ilə ayda iki dəfə ən maraqlı tamaşaçı fikrini geniş kütlənin diqqətinə çatdırmaq qərarına gəldik. Onlardan bir neçəsini hörmətli oxucularımızın və tamaşaçılarımızın diqqətinə təqdim edirik...
Şərhlər:   0   |   Baxış:   35
Tarix:   12-02-2019, 12:31   |   Bölmə:   Xəbərlər
Repertuarda dəyişiklik

Sumqayıt Dövlət Dram Teatrı fevral ayı üçün nümayiş olunacaq tamaşa siyahısında dəyişiklik etdi. Belə ki, fevral ayının ikinci yarısında göstərilməsi nəzərdə tutulan Əziz Nesin “Öldür məni canikom” komediyasının vaxtı 16.02.2019 tarixindən 09.03.2019 saat 18:00-a keçirildi.
Şərhlər:   0   |   Baxış:   93