Təqvim
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa
Tarix:   22-10-2018, 12:47   |   Bölmə:   Xəbərlər
50 yaşlı Sumqayıt Dövlət Dram Teatrı yubiley astanasında...

Azərbaycan Respublikası Nazirlər Sovetinin 105 nömrəli 12 mart 1968-ci il tarixli qərarı və Mədəniyyət Nazirinin 10 iyul 1968-ci il tarixli əmri ilə Gənclər və Sənaye şəhərində ilk teatr yaradıldı. Elə gənclik şəhəri olduğunu nəzərə alaraq sənət ocağını da H.Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı adlandırdılar. Görkəmli pedaqoq və rejissor Nəsir Sadıqzadə teatra baş rejissor təyin olundu. 1969-cu il 14 martda Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir və dramaturq M.F.Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” komediyası ilə teatrın ilk tamaşasının premyerası keçirildi. Sonradan ayrı-ayrı dövrlərdə teatrın adı dəyişsə də yaradıcı heyətin sənət eşqi dəyişməz qaldı.
Şərhlər:   0   |   Baxış:   35
Tarix:   2-10-2018, 15:34   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrı Bakıya gəlir...

Bu yaxınlarda 50-ci teatr mövsümünə start verib, özünün yarım əsrlik yubileyini qeyd etməyə hazırlaşan Sumqayıt Dövlət Dram Teatrı bayram ərəfəsində - oktyabr ayının 8-də paytaxt tamaşaçıları ilə görüşə gələcəkdir.
Kollektiv Azərbaycan Dövlət Musiqili Teatrının qonağı olaraq həmin gün sözügedən sənət ocağının səhnəsində Nizami Muradoğlunun “Zülmətdə nur” tamaşasını nümayiş etdirəcəkdir.
Azərbaycan Cümhuriyyətinin 100, H.Cavidin 135 və Sumqayıt Dövlət Dram Teatrının 50 illiyinə həsr olunmuş tamaşa görkəmli Azərbaycan dramaturqu, romantizmin və mənzum dram janrının banisi Hüseyn Cavid ailəsinin faciəvi taleyindən bəhs edir.
Şərhlər:   0   |   Baxış:   86