Təqvim
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa
Tarix:   25-09-2018, 19:40   |   Bölmə:   Xəbərlər
50-ci  yubiley  mövsümünün açılışı...

25.09.2018 tarixində Sumqayıt Dövlət Dram Teatrının 50-ci mövsüm açılışı oldu. Açılış mərasimində çıxış edən direktor əməkdar artist Mübariz Həmidov teatrın keçdiyi 50 illik şərəfli yola nəzər salaraq növbəti mövsümdə reallaşacaq layihələri vurğuladı, 50 illik yubileylə bağlı hazırlıq prosesindən söz açdı. Direktor Azərbaycan Respublikası Prezidentinin mədəniyyətə, teatra qayğısının, həmçinin Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bu sahəyə diqqətinin yeni yaradıcılıq uğurlarına rəvac verdiyini bildirdi. Teatrın baş rejissoru xalq artisti Firudin Məhərrəmov nitqində Sumqayıt Dövlət Dram Teatrının vətənpərvərlik tərbiyəsində, maarifləndirmədə, bədii-estetik zövqün formalaşmasında önəmli rol oynadığına diqqət çəkdi. Daha sonra 1937-ci il repressiya qurbanlarının, əsasən də görkəmli Azərbaycan dramaturqu, romantizmin və mənzum dram janrının banisi Hüseyn Cavidin taleyindən bəhs edən (N.Muradoğlu) “Zülmətdə nur” tamaşası nümayiş etdirildi.
Şərhlər:   0   |   Baxış:   131
Tarix:   13-09-2018, 11:53   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrında görüş...

Azərbaycan Respublikası Kinomataqrafiya İttifaqının sədri, Azərbaycan Respublikasının Xalq Artisti, Dövlət Mükafatı Laureatı Şəfiqə Məmmədova və Azərbaycan Respublikası Dövlət Musiqili teatrının direkotru Əməkdar İncəsənt Xadimi , həm sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Sumqayıt Dövlət Dram Teatrının qonağı olmuşdur. Teatrın direkotru Əməkdar Artsit Mübariz Həmidov qonaqları əsaslı təmir olunmuş teatr binası ilə tanış etmişdir. Daha sonra yeni tamaşanın məşq prosesində iştirak edən Xalq Artisti Şəfiqə Məmmədova tamaşanın yaradıcı heyəti ilə görüşüb onlara uğurlar arzulamışdır.


Şərhlər:   0   |   Baxış:   66
Tarix:   1-09-2018, 14:31   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrı yubiley mövsümünə start verdi...

Yaranmasının 50-ci ildönümünə qədəm qoyan Sumqayıt Dövlət Dram Teatrının kollektivi sentyabrın 1-də növbəti məzuniyyəti başa vurub bütün heyətlə işə başlamışdır.
Sentyabrın 1-də teatrda keçilən toplantıda teatrın direktoru Əməkdar Artist Mübariz Həmidov yeni 50-ci yubiley mövsümü münasibəti ilə kollektivi təbrik edərək, yeni teatr mövsümündə görüləcək işlər, hazırlanan yeni tamaşalar barədə kollektivə ətraflı məlumat verdi. “ Bu ilki mövsüm bizim teatr və şəhərimiz üçün xüsusi önəm daşıyır. Bilirsiniz ki, ölkə başçımız Sumqayıt Dövlət Dram Teatrının 50 illiyinin keçirilməsi ilə bağlı müvafiq sərəncam imzalamışdır.
Şərhlər:   0   |   Baxış:   202