Təqvim
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa
Tarix:   24-07-2018, 15:11   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrı kastinq elan edir...

Sumqayıt Dövlət Dram Teatrı truppanın gəncləşdirilməsi, istedadlılara dəstək məqsədi ilə 18-22 yaşlı, aktyorluq qabiliyyətli, teatr sənətinə marağı olan, hazırda incəsənət universitetində təhsil alan və ya təhsilini başa vurmuş gənclər üçün kastinq elan edir.
Kastinqdə iştirak etmək istəyən gənclər 2018-ci il, 15 sentyabradək aşağıda göstərilən ünvana müraciət edə bilərlər.
Şərhlər:   0   |   Baxış:   175
Tarix:   20-07-2018, 17:16   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrı 49-cu teatr mövsümünü başa vurdu

Sumqayıt Dövlət Dram Teatrı 49-cu teatr mövsümünü başa vurdu.
Mövsümün bağlanışı ilə əlaqədar teatrda geniş toplantı keçirildi. Teatrın direktoru əməkdar artist Mübariz Həmidov çıxışında repertuar siyasətinin qurulmasından geniş danışdı. Baş rejissor və quruluşçu rejissorlara tövsiyyə və tapşırıqlarını verdi.


Şərhlər:   0   |   Baxış:   207
Tarix:   17-07-2018, 15:20   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin  olundu

Sumqayıt Dövlət Dram Teatrına yeni təyin olunmuş direktor əməkdar artist Mübariz Həmidov kollektivə təqdim edildi.
İlk öncə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının I müavini Teymur Səmədov və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov YUĞ teatrına direktor təyin olunan İslam Həsənovu və Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru Mübariz Həmidovu təbrik etdi.
Çıxış edənlər M.Həmidovun uzun illər təcrübəli teatr direktoru olmasını və tezliklə SDDT-nin inkişaf etməsi sahəsində mühüm işlər görəcəyini qeyd etdilər.
Şərhlər:   0   |   Baxış:   730
Tarix:   10-07-2018, 12:37   |   Bölmə:   Xəbərlər
Teatrın 50 illiyi ilə bağlı planları

Azərbaycan Respublikası Prezidentinin Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi ilə bağlı imzaladığı sərəncam hər birimizi sevindirdi.
1968-ci ildən Gənclər Dram Teatrı kimi fəaliyyətə başlayan yaradıcı təşkilat 50 il ərzində şərəfli bir yol keçib.
Şərhlər:   0   |   Baxış:   148
Tarix:   9-07-2018, 13:15   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrının   əməkdaşı dünyasını dəyişdi


Sumqayıt Dövlət Dram Teatrının əməksevər işçilərindən, 40 ilini teatra bağlamış, baş inzibatçı vəzifəsinidə işləmiş Mirhüseynov Kamal ötən gün dünyasını dəyişdi. Bu ağır xəbər illərlə onunla çiyin-çiyinə çalışan kollektivi dərindən sarsıtdı. Teatr rəhbərliyi və kollektivimiz adından Kamal müəllimin ailəsinə və yaxınlarına başsağlığı verir, səbr diləyirik.
Şərhlər:   0   |   Baxış:   578
Tarix:   5-07-2018, 20:00   |   Bölmə:   Xəbərlər
Bu gün xoş  xəbər kollektivimizə sevinc hissi yaşatdı.

Bu gün xoş bir xəbər kollektivimizə sevinc hissləri yaşatdı.
Prezident İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrının 50 illiyinin keçirilməsi ilə bağlı sərəncam verib. Bu, bir daha Azərbaycanın dövlət başçısının mədəniyyətə, incəsənətə həssas yanaşmasının göstəricisidir. Yeri gəlmişkən, bu günlərdə teatrın baş rejissoru Firudin Məhərrəmov da “xalq artisti” adına layiq görülüb. Ötən il direktorumuz İslam Həsənovun əməyi “əməkdar mədəniyyət işçisi” fəxri adı ilə qiymətləndirilib.
Şərhlər:   0   |   Baxış:   581
Tarix:   3-07-2018, 15:58   |   Bölmə:   Xəbərlər
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xalq artistini qəbul edib.

Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə bir qrup mədəniyyət və incəsənət nümayədələrinə fəxri adlar verildi. SDDT-nin baş rejissoru Firudin Məhərəmov da xalq artisti adı aldı. Bu münasibətlə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xalq artistini qəbul edib. Ulu öndər Heydər Əliyevin mədəniyyətə diqqətindən söz açan şəhər rəhbəri bu gün də Prezident İlham Əliyev və I vitse prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahəyə xüsusi həssaslıqla yanaşıldığını vurğulayıb. Sonra Zakir Fərəcov Sumqayıt teatrının yaradıcılıq uğurlarını diqqətlə izlədiyini bildirib və Firudin Məhərrəmovu fəxri ad alması münasibətilə təbrik edib.
Şərhlər:   0   |   Baxış:   909