Təqvim
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa
Tarix:   28-04-2018, 04:39   |   Bölmə:   Xəbərlər
Kollektivimiz IV Türk Dünyası Teatr Festivalında çıxış etdi

Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti 24; 27 aprel tarixlərində IV Türk Dünyası Teatr Festivalında tanınmış türk dramaturqu Turqut Özakmanın “Ocaq” əsəri ilə çıxış edib. Teatrın baş rejissoru əməkdar artist Firudin Məhərrəmovun quruluş verdiyi tamaşada əməkdar artistlər Fəranə Musayeva, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Xatirə Süleymanova, İlahə Səfərova və Şəmistan Süleymanlı maraqlı oyun tərzi nümayiş etdiriblər.

Şərhlər:   0   |   Baxış:   199
Tarix:   25-04-2018, 11:41   |   Bölmə:   Xəbərlər
"İtkin qız" nağıl tamaşasının məşqləri  yekunlaşmaq üzrədir.

Sumqayıt Dövlət Dram Teatrı repertuarına daha bir uşaq tamaşası əlavə edəcək. (Qrimm qardaşları) "İtkin qız" tamaşasının quruluşçu rejissoru Vasif Məmmədovdur.
Şərhlər:   0   |   Baxış:   153
Tarix:   6-04-2018, 11:38   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrında Nizami Muradoğlunun mənzum pyesi əsasında hazırlanan “Zülmətdə nur” tamaşasının premyerası keçirilib.

Sumqayıt Dövlət Dram Teatrında Nizami Muradoğlunun mənzum pyesi əsasında hazırlanan “Zülmətdə nur” tamaşasının premyerası keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100, Hüseyn Cavidin anadan olmasının 135 illiyi münasibətilə təqdim olunan əsərə teatrın baş rejissoru, əməkdar artiust Firudin Məhərrəmov quruluş verib. Quruluşçu rəssam Mustafa Mustafayevdir. Musiqi tərtibatı Telman Qəniyevə məxsusdur. Obrazları əməkdar artistlər İlahə Səfərova, İzaməddin Bağırov, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oqtay Mehdiyev, Habil Xanlarov, Sədaqət Nuriyeva, Şəhla Məmmədova, İlham Səfərli, Dağlar Rüstəmov, İlahə Səfərova, Şəmistan Süleymanlı və başqaları canlandırırlar.
Şərhlər:   0   |   Baxış:   100