Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Sumqayıt Dövlət Dram Teatrında həftəsonu 6 tamaşa nümayiş olunacaq...

Sumqayıt Dövlət Dram Teatrında  həftəsonu   6  tamaşa nümayiş olunacaq...
[justify] 50 yaşlı Sumqayıt Dövlət Dram Teatrı yubiley mövsümündə bir çox yeniliyə imza atdı. Repertuarını müxtəlif janrlı tamaşalarla zənginləşdirən teatr fəaliyyətini uğurla davam etdirməkdədir. Belə ki, müxtəlif yaş kontingentinn eyni zamanda teatra cəlb olunması istiqamətində bir çox kreativ layihələr, PR kompaniyalar gerçəkləşdirilməkdədir.
Bu layihələr Sumqayıt Dövlət Dram Teatrının tamaşaçı kütləsinin dəfələrlə artmasına təkan verdi. Artıq son 7 ayda teatra tamaşaçı axınının sürətlənməsi yaradıcı kollektivə stimul verməkdədir.. Teatrda baş verən yeniliklər həftəsonu tamaşalarına da müsbət təsir göstərir. Belə ki, Sumqayıt sakinlərinin istirahət günlərində teatra gəlib, kassadan bilet alıb müəyyən vaxtlarını tamaşaları izləyərək keçirməkdən zövq aldığını söyləməsi, həftəsonu tamaşalarının müntəzəm olaraq oynanılması bir daha son aylarda görülən işlərin uğurlu nəticələndiyinə sübutdur.
Sumqayıt Dövlət Dram Teatrı xəbər portallarından, internet üzərindən repertuarı izləyən tamaşaçılarına bu həftəsonu nümayiş olunacaq tamaşaları təqdim edir. Kiçik yaşlı tamaşaçılar üçün Abdulla Şaiq “Danışan Gəlincik” tamaşası 11 və 12 may saat 11:00, 13:00 seanslarında, böyüklər üçün nəzərdə tutulmuş M.F.Axundzadə yaradıcılığından “Müsyö Jordan və dərvbiş Məstəli şah” komediyası 11 may, Əli Əmirlinin “20 ildən sonra” tamaşası isə 12 may saat 19:00-da oynanılacaqdır
[/justify]

Sumqayıt Dövlət Dram Teatrında  həftəsonu   6  tamaşa nümayiş olunacaq...
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz