Təqvim
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

26 Fevral XOCALI soyqırımı

26 Fevral XOCALI soyqırımı

Qədim dövlətçilik ənənələrinə malik Azərbaycan yenidən öz müstəqilliyinə qovuşmaqdan ötrü gərgin, ağır bir yol keçdi.
İmperiya qüvvələri məşum 20 YANVAR gecəsində milli azadlıq mübarizəsinin strukturunu dağıtmağa çalışdılar. Şəhid qanları ilə suvarılan torpağın igidləri mübarizədən əl çəkmədilər. Hər zaman torpaq acı olan ermənilər sərhəd bölgələrində iğtişaşlar törətdilər, azərbaycanlıları doğma yurdlarından didərgin saldılar. Erməni quldurlarının törətdiyi ən böyük vəhşiliksə 1992-ci ilin fevralındakl soyqırımdı.
366-cı rus motoatıcı diviziyanın əsgərləri ilə birlikdə gecə qəfil, namərdcəsinə hücuma keçən ermənilər şəhəri viran etdilər, uşaqları, qadınları,qocaları, idarələri, yaşayış binalarını gülləboran etdilər. Xilas olmaq istəyən insanları güllədən keçirdilər, min bir işgəncə ilə öldürdülər. Yüzlərlə Xocalı insanı əsir götürüldü. O dəhşətli gecədən 26 il keçir. Hər il xalqımız Şəhidlərin xatirəsini böyük hörmət və ehtiramla yad edir.
Sumqayıtda da Xocalı faciəsi anıldı. Şəhər rəhbərliyi, idarə, müəssisə və təşkilat nümayəndələri, ictimaiyyət Xocalı abidəsini ziyarət etdi.
Nə qədər Şəhid versək də, bu gün müstəqil Azərbaycanın qüdrətli günlərini yaşayırıq. Ordumuz öz gücünü Aprel döyüşlərində bütün dünyaya göstərdi. Ali Baş Komandanın qətiyyəti bir mesaj oldu: Bizim gücümüz yetərincədir, lazım gəlsə öz torpaqlarımızı yağı düşməndən silah gücünə geri ala bilərik!

26 Fevral XOCALI soyqırımı
26 Fevral XOCALI soyqırımı
26 Fevral XOCALI soyqırımı
26 Fevral XOCALI soyqırımı
26 Fevral XOCALI soyqırımı
26 Fevral XOCALI soyqırımı
26 Fevral XOCALI soyqırımı
26 Fevral XOCALI soyqırımı
26 Fevral XOCALI soyqırımı
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz